Satılır 3 otaqlı yeni tikili 110 m², Bakıxanov q.
KUPÇALI VƏ İPOTEKAYA TAM YARARLI!!!
Bakıxanov qəsəbəsində Akkord yaşayış kompleksində geniş və funksional mənzil satışa təqdim olunur.
.
Mənzil ilkin layihə üzrə 2 otaqlı olsa da, peşəkar şəkildə 3 otağa çevrilmişdir. Hazırda geniş qonaq otağı, rahat yataq otaqları və səmərəli planlaşdırılmış mətbəx sahəsi ilə ailə yaşayışı üçün ideal formadadır. Planlaşdırma funksional və rahatdır. Mənzil əşyalı şəkildə satılır.
.
Qaz, su və işıq daimidir. Sürətli və fasiləsiz işləyən lift mövcuddur. Bina müasir yaşayış standartlarına cavab verir.
.
Nəqliyyat baxımından olduqca əlverişli mövqedə yerləşir. Qara Qarayev metro stansiyasına təxminən 7 dəqiqəlik məsafədədir. 103, 106, 191, 40, 49, 57 və 208 nömrəli avtobus marşrutları binanın yaxınlığından keçərək şəhərin müxtəlif istiqamətlərinə rahat çıxış təmin edir.
.
Yaxınlıqda məktəblər, uşaq bağçaları, supermarketlər, apteklər, parklar və digər zəruri obyektlər mövcuddur.
.
Qeyd: Ofis haqqı alıcı tərəfindən 1% təşkil edir.





























































































































