Satılır 3 otaqlı köhnə tikili 80 m², İnşaatçılar m.
MAKLERLƏR VƏ VASİTƏÇİLƏR NARAHAT ETMƏSİN! Öz mənzilimdir. Çox keyfiyyətli materiallarla təmir olunub. Makler remontu deyil. Mənzil çox yaxşı lokasiyada yerləşir. İnşaatçılar və Elmlər metrosuna 6-7 dəqiqə. Dəqiq ünvanı xəritədə işarələmişəm. Sakit məhəllə, sakit qonşular. 5-ci mərtəbə olsa da, binanın damı dövlət tərəfindən çardaqla örtülüb. Yəni, damma və sair hallardan söhbət gedə bilməz. Sənəd kupçadır. Ümumi sahə 80 kv-dır. Qanuni 3 otaqdır. Qaz, su, işıq daimidir. Mətbəx, hamam, koridor isti poldur. Hər otaqda kombi radiatorları var. Skvoznoy (yelçəkən) mənzildir. Həm həyətə, həm prospektə geniş pəncərələr açılır və günəşə baxır. Balkonu bağlayıb iş otağı etmişəm, orada da radiator var. Yazdığım qiymət mənzilin ƏŞYASIZ qiymətidir. Əşyalı qiymət 215 000 AZN-dir. Əşyalı dedikdə, soyuducu, televizor və elektrik sobasından başqa gördüyünüz BÜTÜN ƏŞYALAR qalır. Whatsapp ilə yazmağınız arzuolunandır.





























































































































