


























🏡 Çıxarışlı, kupçalı, ipotekaya yararlı həyət evi satışda
Özümüz tərəfindən tikilmiş, ilk gündən ailəmizin yaşadığı keyfiyyətli və rahat ev satışa çıxarılıb. Ev geniş yol üzərində yerləşir və yerləşməsi baxımından çox əlverişlidir.
📍 Yerləşmə və sahə:
Ev 20 metrlik əsas yolun üzərindədir, yan tərəfi isə 10 metrlik yola çıxır
Hər iki tərəfdən həyətə giriş mümkündür
Evin əsas fasadı enli şəkildə 20 metrlik yola baxır
Ümumi torpaq sahəsi 6 sotdur
Göstərilən qiymət evlə birlikdə 3 sot torpaq üçün nəzərdə tutulub
İstəyə görə daha münasib qiymətlə 2 sot torpaq üzərində də əldə etmək mümkündür
🚗 Həyət və qaraj:
Evin qarşısındakı ərazi yalnız bizim istifadəmizdədir, asfaltlanıb
Maşını həm həyətdə, həm də çöldə rahat saxlamaq mümkündür
Çöldən birbaşa girişli qaraj mövcuddur
🏠 Ev haqqında:
Kombi sistemi quraşdırılıb
Alt mərtəbə yaşayış üçün yararlıdır (hazırda yay mövsümü və saxlama üçün istifadə olunur)
Alt mərtəbədə hamam və tualet ayrı, yuxarı mərtəbədə bir yerdədir
Qarajın üstü mətbəx kimi istifadə olunur
Yuxarı mərtəbədə yayda sərin olan geniş eyvan var
Dam örtüyü istilik və soyuğa qarşı izolyasiya olunub
💧 Kommunikasiya:
Su, işıq, qaz daimidir
Əsas su xəttindən az istifadəçi üçün şəxsi hesabımıza çəkilmiş sabit su sistemidir.
Əlavə olaraq 4 tonluq su çəni mövcuddur
💬 Real alıcılarla evə baxışdan sonra qiymətdə razılaşmaq mümkündür.
📞 Əlavə suallar üçün hər gün 09:00 – 22:00 arası əlaqə saxlaya bilərsiniz.
Elanın nömrəsi
Baxışların sayı
Yeniləndi
5910602
94
22 Fevral 2026
Növbəti elanlar yüklənir...